Ukraynalı mer: "Bakı Şopinq Festivalı ölkə iqtisadiyyatı üçün xüsusi əhəmiyyətə malikdir"

Ukraynalı mer: "Bakı Şopinq Festivalı ölkə iqtisadiyyatı üçün xüsusi əhəmiyyətə malikdir"

Bakı Şopinq Festivalı Ukraynanın Truskaves şəhərinin meri Andrey Kulçinskidə xoş təəssürat yaradıb.

SİA-nın məlumatına görə, mer ölkəmizdə keçirilən şopinq festivalı ilə bağlı festivalın saytına açıqlama verib.

“Bakı Şopinq Festivalının keçirilməsi şərtləri və əhatə dairəsi ilə tanış olandan sonra mən bir daha başa düşdüm ki, bir ölkə üçün gəlir mənbələrinin diversifikasiyası nə qədər əhəmiyyətlidir. Mənim belə layihələrdən xoşum gəlir. Bu tip layihələr daxili və xarici turizmin artımına səbəb olur, biznesi canlandırır. Mən şəxsən bu layihədə yaxşı planlaşdırma və təşkilatçılıq gördüm” - deyə, mer qeyd edib.

O, ümid edir ki, bu günlərdə Bakıda səfərdə olan həmyerliləri yaradılmış alış-veriş imkanından mütləq istifadə edəcəklər: “Bakıda olan bütün dostlarıma və yaxınlarıma festivalda iştirak etməyi və uğurlu alış-verişdən sonra yaxşı əhval-ruhiyyə arzu edirəm”.

Bütün xəbərlər Facebook səhifəmizdə