2015-ci ilə diqqət!

"Erməni soyqırımı" ilə bağlı erməni iddialarını rədd etdiyi üçün "türk agenti" olmaqda günahlandırılan amerikalı tarixçi Guenter Levi Türkiyəni ehtiyatlı olmağa çağırıb. SİA-nın "Hurriyet" qəzetinə istinadən verdiyi məlumata görə, tarixçi "2015-ci ildə ola biləcəklərə dair çox narahatam" deyib.

 

ABŞ-lı tarixçi 1915-ci il hadisələri ilə bağlı erməni iddialarına qarşı aparılan mübarizənin itirilmədiyini, ancaq yaxınlaşmaqda olan 2015-ci ildə çətinliyin olacağını və mövcud vəziyyətin kəskin şəkildə dəyişməyəcəyi halda həmin il Türkiyənin ciddi problemlərlə qarşılaşacağını qeyd edib: "Böyük irəliləmə təmin edildi, ancaq hələ edilməsi lazım olan çox iş var. Təbii ki, çox şey itirilməyib, ancaq yaxınlaşmaqda olan 2015-ci ildə çətinliklər olacaq və ola biləcəklərlə bağlı narahatlığım var. Bu məsələdə əldə ediləcək müvəffəqiyyət birbaşa Türkiyə ilə əlaqəlidir. 301-ci maddə qüvvədə qaldıqca, işlərin hər yerdə çox çətinləşəcəyini düşünürəm. Çünki, sizə deyəcəklər ki, siz azad araşdırmadan qorxursunuz və bunda haqlı olacaqlar. 301-ci maddə iki dəfə yenilənmədən keçdi, amma istifadə olunacaq vaxt var".

 

1915-ci il hadisələri ilə bağlı problemin beynəlxalq məhkəmədə həllinin asan olmadığını ifadə edən Levi qeyd edib ki, həmin il nələr olduğuna dair balanslı və doğru fikri ortaya qoymaq indiyə kimi mümkün olmayıb. Özünü 2 ildir üzərində hiss etdiyi ittihamlardan yaxa qurtardığını deyən tarixçi bildirib ki, bu günə qədər ABŞ mediasındakı, eləcə də onun ətrafındakı alimlərin əksəriyyətinin fikri ermənilərin soyqırıma məruz qalması ilə bağlıdır. Lakin o, bu düşüncəni qəbul etmədiyini qeyd edib. Türkiyə və Orta Şərq üzrə çalışan tarixçilərin iştirakı ilə 1915-ci il hadisələri haqqında fikirlərini əks etdirən bir sorgunun təşkil edilməsi təklifini edən Levi belə bir sorgunun böyük əhəmiyyət daşıyacağını söyləyib.

 

Türk-Amerikan Hüquqi Müdafiə Fondunun vəkillərindən biri, ABŞ-ın keçmiş prezidenti Ronald Reyqanın hüquq məsləhətçiliyini edən Bruse Feyn də ermənilərin iddialarına qarşı çıxan hər kəsin Türkiyə hökumətindən pul aldığı şəklindəki düşüncənin erməni tərəfdarlarının iddiası olduğunu söyləyib. Bu baxımdan Leviyə qarşı səslənən ittihamın geri götürülməsinin və üzr istəməsinin əhəmiyyətli olduğunu vurğulayan Feyn 1915-ci il hadisələrinin iki tərəfə də faciələr yaşatdığını, ancaq bu mövzudakı tarixi qeydlərin Osmanlı rəhbərliyinin bilərəkdən bütün erməniləri hədəf almaq niyyəti olmasına dair nəticə ortaya qoymadığını vurğulayıb. Bu cür siyasətin məqsədinin gənc alimləri bu sahədə araşdırma aparmaqdan uzaq tutmaq olduğunu deyən vəkil bildirib ki, ermənilər yenidən araşdırma istəmir: "Çünki siyasi atmosferdə özlərinin onsuz da qalib gəldiyini düşünürlər. Bu çox zərərli davranışdır".

 

Qeyd edək ki, ABŞ-ın "Southern Poverty Law Center - (SPLC)"adlı mədəni haqqlar müdafiəçisi təşkilatı 1915-ci il hadisələri ilə əlaqədar fikirlərinə əsasən G.Levi "türk agenti" olmaqda və Türkiyə hökümətindən pul almaqda günahlandırmışdı. 87 yaşlı G.Levy SPLC-ə qarşı iki il əvvəl 8 milyon dollarlıq təzminat davası qaldırmışdı. Nəticədə SPLC üzr istəməyə və tarixçi alimə təzminat verməyə məcbur olub. Təzminatın məbləği isə açıqlanmır. Xatırlaq ki, G.Levi 1915-ci il hadisələrinə dair araşdırmalarına əsasən qələmə aldığı kitabında, erməni iddialarına bağlı tezislərə dəlil olaraq təqdim edilən qaynaq və sənədlərin əsassız olduğunu ortaya qoyub.

Bütün xəbərlər Facebook səhifəmizdə