Milli Məclisin deputatları ATƏT PA-nın payız sessiyasında iştirak edəcəklər

Milli Məclisin deputatları ATƏT PA-nın payız sessiyasında iştirak edəcəklər
Milli Məclis sədrinin müavini, ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın başçılığı ilə parlament nümayəndə heyəti qurumun payız sessiyasının işində iştirak etmək üçün oktyabrın 7-də İtaliyanın Palermo şəhərinə səfər edəcək. Milli Məclisin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, nümayəndə heyətinin tərkibinə Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova və deputat Fazil Mustafa daxildirlər.

Sessiyanın əvvəlki iki günü ATƏT PA-nın Aralıq dənizi forumunun keçirilməsinə həsr olunur. Burada Aralıq dənizi hövzəsində iqtisadi və infrastruktur sahələrində əlaqələr, mədəniyyət və ətraf mühit üzrə əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılacaq.

Oktyabrın 9-da isə sessiya çərçivəsində "Transmilli mütəşəkkil cinayətkarlığa və korrupsiyaya qarşı mübarizə" mövzusunda konfrans keçiriləcək. Konfransda korrupsiya və insan alveri ilə mübarizə məsələləri müzakirə ediləcək.

Sessiyanın yekununda daimi komitənin iclası keçiriləcək. İclasda ATƏT PA-nın qarşıdakı dövr üçün fəaliyyət proqramına baxılacaq. Nümayəndə heyətimizin üzvləri müzakirə edilən mövzularla əlaqədar öz fikirlərini açıqlayacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə