Ermənistandakı hərbi hissədə partlayış olub: Ölən və yaralananlar var

Ermənistandakı hərbi hissədə partlayış olub: Ölən və yaralananlar var

Sosial şəbəkə istifadəçiləri Azərbaycanın işğal edilmiş Hadrut yaşayış məntəqəsində dislokasiya olunan Ermənistan ordusunun hərbi hissələrindən birində baş vermiş partlayış nəticəsində çoxlu sayda ölən və yaralananların olduğu barədə məlumat yayıblar.

AZƏRTAC xəbər verir ki, məlumatda hadisədən dərhal sonra partlayışın baş verdiyi əraziyə çoxlu sayda təcili yardım maşınlarının və digər xüsusi texnikanın cəlb edildiyi bildirilir. Hadisə ilə bağlı cinayət işi açılıb, istintaq aparılır. Partlayış baş verən ərazidə müxtəlif qurumların vəzifəli şəxslərindən ibarət komissiya işləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə