Bu gün ABŞ Senatında Metyu Brayzanın Azərbaycana səfir təyin edilməsi məsələsi müzakirə ediləcək
Metyu Brayzanın Amerikanın Azərbaycandakı səfiri vəzifəsinə təyin edilməsi məsələsi ABŞ Senatının bu gün keçiriləcək iclasında müzakirə ediləcək. SİA-nın məlumatına görə, bu gün həmçinin ABŞ-ın digər ölkələrə, o cümlədən Türkiyəyə səfirinin təyini məsələsi də gündəliyə çıxarılacaq.
Xatırladaq ki, Azərbaycanda bu vəzifə Enn Dörsinin 2009-cu ilin iyulunda səfirlik müddətinin başa çatmasından sonra boş qalıb. ATƏT-in Minsk qrupunun keçmiş həmsədri Metyu Brayzanın namizədliyini isə ABŞ prezidenti Barak Obama irəli sürüb. Sentyabrın 21-i tarixində ABŞ Senatının Xarici Əlaqələr Komitəsi onun bu posta namizədliyini təsdiq edib. İndi Brayzanın təyini Senat tərəfindən təsdiq olunmalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB