Müşfiq Ələsgərli: “Azərbaycana qarşı “qara piar” kampaniyası keçirilir” AÇIQLAMA

“Kristofer Smitin karyerasında Azərbaycana yönəlik o qədər neqativlər var ki, bu adamın özü və fəaliyyəti haqqında heç bir halda müsbət nə isə düşünmək olmur. O, 1992-ci ildən bu günə kimi təmsil olunduğu bütün qurumlarda Azərbaycana qarşı qərəzli, qeyri-obyektiv, düşmən münasibət göstərilməsinə çalışıb”. Bunu SİA-ya açıqlamasında Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli deyib.

Onun sözlərinə görə, Azərbaycana qarşı indiyədək sərgilədiyi münasibət açıq-aydın göstərir ki, o, erməni şəbəkəsinin təsiri altındadır və bütün addımları idarə olunur: “Bu baxımdan Azərbaycanda, haqlı olaraq, belə düşünürlər ki, Kistoferin təşkil etdiyi və qatıldığı hər hansı bir tədbirdən obyektiv müzakirə, yaxud, ədalətli bir rəy gözləmək olmaz. 18 oktyabr dinləmələri barədə də eyni fikirləri söyləmək mümkündür. Əlbəttə, tədbirin təşkili öncəsi və sonradan yayılan açıqlamalarda informasiya məhdud verilir və bu məhdudluq tədbirin mahiyyəti barədə qəti fikir söyləməyi çətinləşdirir. Amma ənənəvi yanaşma, həmçinin, 18 oktyabr dinləmələrinin nəticələri haqqında məhdud da olsa, verilən informasiyalar Kristoferin yeni bir neqativ izində olduğunu göstərir.

İlk öncə, tədbirin keçirildiyi tarix və onun formatı diqqəti çəkir. Azərbaycanla birbaşa bağlılığı olan məsələnin müzakirəsində Azərbaycanın təmsilçiliyinə yetərli şərait yaradılmır. İkincisi, dinləmələr o vaxt keçirilir ki, bu vaxt dönəmində erməni lobbisinin təsirində olan bütün beynəlxalq qurumlar və dövlətlər tərəfindən Azərbaycana qarşı “qara piar” kampaniyası keçirilir. Silsilə şəklində, fasilə vermədən, ən murder iftiralarla yüklənmiş son kampaniya dönəmində Kristofer Smitin də yenidən ortaya çıxması düşünməyə əsas verir ki, onun keçirdiyi toplantı da bu kampaniyanın tərkib hissəsidir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə