Lənkəran Dövlət Universitetində beynəlxalq elmi konfrans keçirilib. Konfransda Respublikanın tanınmış alimləri ilə yanaşı, Moskva Dövlət Universitetinin (MDU) professorları, Qafqaz Univesitetinin(QU) və Azərbaycan Turizm Universitetinin(ATU) rektorları və digər təhsil müəssisələrinin nümayəndələri iştirak edib.
SİA-nın cənub bürosunun məlumatına görə, konfransı Lənkəran Dövlət Universitetinin rektoru, fizika-riyaziyyat elmləri doktoru, professor Asəf İskəndərov açaraq bildirib ki, bugünkü konfransın əsas məqsədi Azərbaycanda və ondan kənarda aparılan müzakirələri, söylənilən elmi-nəzəri, praktik əhəmiyyətli fikirləri təhlil edərək ümumiləşdirmək, gələn il Lənkəranda keçiriləcək daha bir Beynəlxalq konfransın yüksək səviyyədə təşkili üçün tövsiyələr hazırlamaqdan ibarətdir.
Lənkəran şəhər İcra Hakimiyyətinin şöbə müdiri Əlimərdan Əliyev konfrans iştirakçılarını Beynəlxalq müəllim günü münasibətilə təbrik edərək müqəddəs peşə sahiblərinə uğurlar arzulayıb.
QU-nun rektoru, professor Əhməd Sanıç, ATU-nun rektou, professor Cəfər Cəfərov, Lomonosov adına MDU-nin professorları Anatoli Yaqola və Gülnara Kuramşinanın təbiətşünaslığın, humanitar elmlərin, dövlət idarəçiliyinin, iqtisadiyyatın dayanıqlı inkişafıyla bağlı müasir problemlərə dair məruzələri dinlənilib.
Məruzə və çıxışlar ətrafında müzakirələr aparılıb.
Sonda 2011-ci ilin dekabrında LDU-da "Dayanıqlı inkişaf və idarəetmə: modellər, nəzəriyyə, praktika və perspektivlər" mövzusunda keçiriləcək Beynəlxalq elmi-praktik konfransın təşkilinə dair tövsiyyələr hazırlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB