Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin nümayəndə heyəti 14-22 oktyabr 2017-ci il tarixlərində Rusiyanın Soçi şəhərində keçirilən 19-cu Dünya Gənclər və Tələbələr Festivalında istirak edirlər.

SİA-nın verdiyi məlumata görə, festivalda 150 ölkədən 30 minə qədər gənc iştirak edir. Festivalda müzakirə olunan mövzular iqtisadiyyat, siyasət, beynalxalq təhlükəsizlik, mədəniyyət və müxtəlif elm sahələrini əhatə edir. Sözü gedən Festivala Rusiya artıq 3-cu dəfə ev sahibliyi edir. Rəsmi açılışında Rusiya Federativ Respublikasının Prezidenti Vladimir Putin gəncləri salamlayaraq, festivalın işinə uğurlar arzulayıb. Festival çərçivəsində aparılan müzakirələrdə Rusiyanın Xarici İşlər Naziri Serqey Lavrov gənclərlə görüşmüş, onları maraqlandıran sualları cavablandırmışdır. Hər sahəyə aid görkəmli şəxslər öz təcrubələrini gənclərlə bölüşüblər. 18 oktyabr Azərbaycanın Müstəqillik Günü ilə əlaqədar olaraq, Azərbaycan nümayəndə heyəti müxtəlif proqramlar təşkil etmişdir. Bu təşəbbüs digər ölkələrin nümayəndələri tərəfindən çox maraqla qarşılanmışdır. Hal-hazırda Festival davam edir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...