İtaliyada Azərbaycana həsr olunan konfrans

Milli Məclisin deputatı Azər Kərimli Azərbaycan və İtaliya arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü və Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr olunmuş konfransda iştirak etmək üçün Roma şəhərində səfərdədir. Milli Məclisdən SİA-ya verilən xəbərə görə, İtaliya senatında keçiriləcək toplantıda iki ölkə arasında əlaqələrin tarixi və gələcək inkişaf perspektivləri, bu istiqamətdə parlamentlərin rolu barədə söhbət açılacaq.
Səfər oktyabrın 20-də başa çatacaq.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə