Türkdilli dövlətlərin siyasətinə dəstək Fondu İlham Əliyevi təbrik edib

Türkdilli dövlətlərin siyasətinə dəstək Fondu İlham Əliyevi təbrik edib

Azərbaycan Respublikasının Milli bayramı – Dövlət Müstəqilliyi Günü münasibətilə Qırğızıstandakı Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun Prezidentindən Azərbaycan Prezidenti İlham Əliyevin ünvanına təbrik məktubu daxil olub. Məktubun mətnində deyilir:

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident!

Milli bayram – Dövlət Müstəqilliyi Günü münasibətilə Qırğızıstanda yaşayan azərbaycanlılar adından və şəxsən öz adımdan təbriklərimi qəbul edin.

Azərbaycan fəxr etməyə haqqı olan ölkədir! Müstəqilliyin bərpa edilməsindən keçən 26 il ərzində Ümummilli Liderimiz Heydər Əliyevin başladığı düzgün siyasət, habelə, cənab Prezident, şəxsən Sizin yürütdüyünüz ardıcıl, ölçülüb-biçilmiş müasir quruculuq siyasəti sayəsində Azərbaycan investisiyalara ehtiyacı olan ölkədən mədəniyyət, sosial inkişaf, təhsil, səhiyyə, tikinti, yollar salınması, idman və digər sahələrə milyonlarla sərmayə qoyan ölkəyə çevrilib.

Hörmətli cənab Prezident, heç şübhəsiz bu müsbət nəticələr ötən illər ərzində şəxsən Sizin yürütdüyünüz uğurlu siyasət sayəsində qazanılıb. Apardığınız uğurlu siyasətin nisbət nəticələrini özündə əks etdirən 10-dan çox kitab nəşr etdirib təbliğat məqsədi ilə pulsuz yaymışıq. Bakıda dünyaşöhrətli qırğız yazıçısı mərhum Çingiz Aytmatovla, Qırğızıstan Parlamentinin o vaxtkı birinci vitse-spikeri xanım Çolpon Bayekovanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə birlikdə Sizinlə olan görüşlərimiz haqqında ən səmimi xatirələr hələ də qəlbimdədir. Sizə - görkəmli dövlət xadiminə və siyasi xadimə, Sizin şəxsinizdə bütün Azərbaycan xalqına xoşbəxtlik, sülh, əmin-amanlıq və firavanlıq arzu edirəm. Xahiş edirəm, Sizə dərin ehtiramımı qəbul edin.

Hörmətlə, Nüsrət Məmmədov.

Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun prezidenti

Bütün xəbərlər Facebook səhifəmizdə