Azərbaycan Respublikası "İRƏLİ" İctimai Birliyinin sədri Ceyhun Osmanlı ABŞ senatorları Barbara Bokserə və Maykl Bennete məktub göndərib. Birliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, məktub aşağıdakı kimidir: "Xanim Bokser ! Sizləri salamlayır, sizə və seçicilərinizə Tanrıdan uğurlar diləyirik. ABŞ prezidenti Barak Obama tərəfindən M.Brayzanın ABŞ-ın Azərbaycana səfiri vəzifəsinə təsdiqinin Sizin etirazınıza görə təxirə salınması bütün Azərbaycan ictimaiyyətini və Azərbaycanın ən böyük gənclər təşkilatı olan "İRƏLİ" İctimai Birliyini məyus edib. Sizin Azərbaycanın Ermənistan tərəfindən işğal edilən torpaqları ilə bağlı verdiyiniz son bəyanatlar Azərbaycanın ictimai - siyasi fikrində haqlı narazılıqla qarşılanıb və Azərbaycanla bağlı düşüncələrinizin qüsurlu olduğu faktını ortaya çıxarıb. Bu bəyanatlar həm tarixi faktlarla uyğun gəlmir, həm də ABŞ hökümətinin rəsmi mövqeyi ilə ziddiyət təşkil edir. Cənab M.Brayzanın ədalətli namizəd olması bir reallıqdır və onun bu vəzifəyə təyin olunması ABŞ -Azərbaycan münasibətlərinə yalnız müsbət dinamika gətirə bilər.
Sizin nəzərinizə çatdırmaq istərdik ki, "Dağlıq Qarabağ Respublikası" müstəqil və suveren dövlət deyildir, əksinə Azərbaycanın ayrılmaz tərkib hissəsidir və bu müddəa ATƏT nizamnaməsinin 3 və 9- cu maddələrində də öz əksini tapıb. Bu bölgə və ətraf 7 rayon 1992-1994 -cü illərdə¬¬¬ erməni separatçıları tərəfindən işğal edilib və 20 ilə yaxındır ki, erməni hərbi birləşmələrinin qeyri - qanuni nəzarəti altında saxlanılır. Bu fakt ATƏT, Avropa Şurası, BMT, NATO, o cümlədən dünyanın digər nüfuzlu beynəlxalq təşkilatları tərəfindən təsdiq edilməkdədir.
Biz Sizin müasir ABŞ siyasətinə verdiyiniz töhfələri müsbət dəyərləndirməklə yanaşı arzu edirik ki, gələcəkdə bəyanatlarınız emosiya və seçki hesablamaları əsasında deyil, tarixi faktlar və beynəlxalq hüquq pirinsipləri əsasında veriləcək. Bunun belə olacağı təqdirdə ABŞ - Azərbaycan münasibətlərinə və strateji müttəfiqlik əlaqələrinə də öz şəxsi töhfənizi vermiş olarsınız".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB