Deputat: “Prezidentin mövqeyi aparıcı dövlətlərin rəhbərlərinə bəllidir” AÇIQLAMA

“Nəhayət Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü baş tutdu və danışıqlar predmeti mövcuddur. Azərbaycanın ərazi bütövlüyü danışıqlar masası arxasında təmin olunmalıdır”. Bunu SİA-ya açıqlamasında millət vəkili Rövşən Rzayev deyib.

Onun sözlərinə görə, həmçinin dövlətlərarası münasibətlərdə beynəlxalq hüquq prinsipləri mövcuddur və ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri də bu prinsiplərə arxalanaraq məsələnin həllinə ədalətli formada yardımçı olmalıdırlar. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin tapılması o deməkdir ki, bu işlər davam etməlidir və Ermənistan xalqı konstruktiv mövqeyə gətirilməlidir. Beləcə məsələ beynəlxalq qanunauyğun olaraq da həllini tapmalıdır. Əsas məsələ odur ki, danışıqlar davam etdirilir. Bu o deməkdir ki, hər iki tərəfin marağındadır ki, müharibə aktiv fazasına keçməsin”.

R.Rzayev hesab edir ki, bu görüş indiyədək keçirilən görüşlərdən müəyyən mənada seçilirdi: “Cenevrədə keçirilən görüş onu göstərdi ki, ümumiyyətlə görüş mövcuddur və dayanmayıb. Təbii ki, cənab Prezident İlham Əliyevin mövqeyi, onun şəxsi nüfuzu bütün aparıcı dövlətlərin rəhbərlərinə bəllidir. Sarkisyanın terrorçu olaraq torpaqlarımızı işğal etməsi də hər kəsə bəllidir. Orada qəbul olunan şərtlərdən biri odur ki, ərazi bütövlüyü təmin olunmalıdır”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə