Dövlət Sərhəd Xidməti: "Sərhədi pozan üç Gürcüstan vətəndaşı tutulub"

Dövlət Sərhəd Xidməti: "Sərhədi pozan üç Gürcüstan vətəndaşı tutulub"

Azərbaycan-Gürcüstan sərhədinin pozulması faktı qeydə alınıb. Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən SİA-ya verilən xəbərə görə, hadisə oktyabrın 2-də saat 14.00 radələrində Şəmkir Sərhəd zastavasının xidməti ərazisində qeydə alınıb. Gürcüstan-Azərbaycan sərhədini pozaraq Azərbaycan ərazisinə keçmiş "Toyota-Prado SX" markalı, VKV 945 nömrəli avtomobildə olan 3 nəfər Gürcüstan vətəndaşı – 1967-ci il təvəllüdlü Kapilaşvili Georgi Levivyeviç, 1966-cı il təvəllüdlü Ketroşvili Qaxa Alekseyeviç və Georgiya Vaal Robertoviç saxlanılıb.

 

Faktla bağlı istintaq-təhqiqat tədbirləri aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə