Poqosyan: “Belə görüşlər baş tutmasa, Minsk qrupunun fəaliyyəti mənasız olaraq qalacaq”

Poqosyan: “Belə görüşlər baş tutmasa, Minsk qrupunun fəaliyyəti mənasız olaraq qalacaq”

"Əgər kimsə Cenevrədə baş tutacaq Serj Sarkisyan və İlham Əliyev görüşündə münaqişənin həlli problemləri ətrafında müzakirə aparacağını düşünürsə, məndə belə br gözlənti yoxdur". SİA xəbər verir ki, bu fikirləri 1in.am saytına erməni siyasi eksperti, Ermənistan parlamentin keçmiş deputatı Tevan Poqosyan bildirib. Onun sözlərinə görə, sözügedən görüş ATƏT-in Minsk qrupunun həmsədrlərinin xahişi əsasında baş tutacaq. "Çünki belə görüşlər baş tutmasa, qurumun fəaliyyəti mənasız olaraq qalacaq"-deyə Poqosyan bildirib.

Erməni ekspertinin sözlərinə görə, görüş əsnasında Vyanada və Sankt-Peterburqda əldə olunmuş razılaşmalar əsasında fikirlər müzakirə edilə bilər.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə