Paytaxtda metroya qumbara atılması barədə FHN-ə məlumat daxil olub
Fövqəladə Hallar Nazirliyinə (FHN) Bakıda metroya qumbara atılması barədə məlumat daxil olub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, oktyabrın 2-də axşam saatlarında FHN-in "112" xidmətinə zəng edən naməlum şəxs Bakı Metropoliteninin "Məşədi Əzizbəyov" stansiyasına qumbara atılması barədə məlumat verib. Daxil olan məlumat əsasında DİN məlumatlandırılıb və əraziyə əməliyyat qrupu çıxıb. Nəticədə məlumat təsdiqini tapmayıb.
Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində zəngin Goranboy rayonundan edildiyi müəyyənləşib. Goranboy rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yalan məlumat verən şəxs, rayonun Qazanbulaq kənd sakini 25 yaşlı Sabir Taxtataraclı saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB