ABŞ hərbi bazasında terrorçulara məxsus texnikalar cəmləşib İDDİA+FAKT

General-mayor Konaşenkov: "Etik qaydalara riayət edib, əlimizdəki materialları dərc etmirik"

Rusiya hərbçiləri Suriyanın Ət-Tənfə bölgəsin yerləşən ABŞ bazasının ərazisi qarşısında terrorçulara məxsus hərbi texnikaların mövcudluğunu təsdiq edən materiallara sahib olduqlarını bəyan ediblər. SİA “İnterfax”a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bəyan edib.

“Yalnız hərbi etik qaydalara riayət edərək, biz ABŞ-ın Ət-Tənfədəki bazasının qarşısından əldə etdiyimiz yeni fotomaterialları dərc etmirik”- deyə qeyd edən rusiyalı general-mayor onu da bildirib ki, terrorçuların silahları ABŞ ordusu üçün tipik olmaqla yanaşı,həmin texnikalar arasında Rusiya istehsalı silahlar da mövcuddur. SİTAT: “Biz, bundan öncə də amerikalı həmkarlarımızın Suriya Ərəb Respublikasının cənubunda qanunsuz olaraq qara dəlik (terrorçulara məxsus gizli bazalar) yaratdıqlarının şahidi olmuşuq”.

Konaşenkov terrorçuların Suriya ordusunun gizli nəzarəti altında olan bölgələrdən rahatlıqla keçərək Homsda, Əl-Qəryateyndə, Hərbət əş-Şhemidə, Əl-Basiridə, Daaryada terror-təxribat hadisələri törətmələri arxasında amerikalıların hava kəşfiyyatına məxsus məlumatlarının olduğunu bildirib. İdida olunur ki, koordinatları məhz amerikalılar terrorçulara ötürürlər.

Rus general-mayoru bölgədəki terrorçulara tibbi avadanlıq və qida baxımından da yardımların olduğunu müxtəlif sübutlarla təsdiq edib.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə