Naftalanda silsilə tədbirlər davam edir YAP-25

Naftalanda silsilə tədbirlər davam edir YAP-25

Bu gün YAP Naftalan şəhər təşkilatının İ.Nəsimi adına 1 saylı tam orta məktəb ərazi ilk partiya təşkilatında partiyanın yaradılmasının 25-ci ildönümü münasibəti ilə tədbiri keçirilib.

Tədbiri giriş sözü ilə açan YAP Naftalan şəhər təşkilatının sədri Hatəm Qocayev partiyanın yaranma tarixindən danışaraq, qeyd edib ki, hakim partiya ölkəmiz və xalqımız üçün çətin və mürəkkəb bir dövrdə yarandı: "Müstəqilliyinin ilk illərində ölkəyə rəhbərlik edənlərin səriştəsizliyi ucbatından varlığı şübhə altında qalan Azərbaycanın bu bəlalardan xilas olması üçün xalqın üzünü Ulu Öndər Heydər Əliyevə tutması gələcəyə ümiddən xəbər verirdi. Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı yeni və müasir Azərbaycanın yaranmasını şərtləndirdi". Yeni Azərbaycan Partiyası böyük çətinliklərə sinə gərərək, həyata keçirdiyi uğurlu siyasətlə xalqın partiyası imicini qazanaraq, öz adında böyük bir mənanı və məqsədi birləşdirir. Bu gün Azərbaycanda milli birlik, milli həmrəylik mövcuddur və Azərbaycan ən qüdrətli ölkəyə çevrilməkdədir. Bu gün özündə 700 mindən çox üzvü ehtiva edən Yeni Azərbaycan Partiyasının fəaliyyətinin əsasını azərbaycançılıq, dövlətçilik, qanunun aliliyi və sosial ədalət kimi ideoloji prinsiplər təşkil edir. Yeni Azərbaycan Partiyasının əsas məramı Azərbaycan xalqının müstəqil, demokratik və çox zəngin yaşamasını təmin etməkdir. Məhz əsasını Ümummilli Lider Heydər Əliyevin qoyduğu bu yolda partiyamız Cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə uğurla fəaliyyət göstərir".

Tədbirdə çıxış edən İ.Nəsimi adına 1 saylı tam orta məktəb ərazi ilk partiya təşkilatının sədri Faiq Rüstəmov Yeni Azərbaycan Partiyasının 25 ildə zəngin və şərəfli yol keçdiyini bildirib. O, qeyd edib ki, YAP yarandığı gündən xalqa və dövlətə xidməti fəaliyyətinin əsas xətti kimi qəbul edib. İlk gündən milyonların sevgisini qazanan partiya sıralarını kəmiyyət və keyfiyyət baxımından zənginləşdirir, partiya üzvləri öz məsuliyyətlərini dərk edir və Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji vəzifələrin uğurla həyata keçirilməsinə, respublikamızın dinamik inkişaf edən qüdrətli dövlətə çevrilməsinə öz töhfəsini verməyə çalışırlar.

ZÜMRÜD

Bütün xəbərlər Facebook səhifəmizdə