25 il şərəfli yolda

YAP Sabunçu rayon təşkilatında partiyanın YAP-ın 25 illik yubileyinə həsr olunmuş növbəti tədbir keçirilib

Bu gün Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illiyi münasibətilə YAP Sabunçu rayon təşkilatı Sabunçu qəsəbəsi 12 saylı şəhər poliklinikası ərazi ilk təşkilatında partiyanın 25 illiyinə həsr olunan tədbir keçirilib.

Tədbirdə çıxış edən YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva Yeni Azərbaycan Partiyasının 25 illik şərəfli və zəngin yol keçdiyini, Ümummilli Lider Heydər Əliyevin və Onun layiqli davamçısı, Yeni Azərbaycan Partiyasının Sədri, Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə böyük uğurlara nail olduğunu bildirib: "Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyi müstəqil Azərbaycanın tarixində əhəmiyyətli hadisədir. 25 il keçmişə və gələcəyə baxışdır. Yeni Azərbaycan Partiyası iqtidarda olduğu müddətdə Azərbaycanın siyasi və iqtisadi müstəqilliyi daha da möhkəmlənib, ölkəmizin beynəlxalq aləmdə mövqeyi güclənib. Ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin həyata keçirdiyi siyasət ölkəmizə böyük nüfuz qazandırıb, Azərbaycan regionun lider dövlətinə çevrilib. Ölkəmizin iqtisadi cəhətdən qüdrətlənməsi əhalinin sosial şəraitinin yaxşılaşmasına səbəb olub".

Tədbirdə ərazi ilk partiya təşkilatının sədri Telman Novruzov çıxış edərək bildirib ki, zamanın tələbi, xalqın istəyi ilə yaranan Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanın keçdiyi inkişaf yolunun bələdçisidir.

YAP Sabunçu rayon təşkilatı qadınlar şurasının sədri Ramidə İbrahimova isə çıxışında Yeni Azərbaycan Partiyasının yarandığı gündən öz siyasi xəttinə sadiqliyi, xalq, dövlət qarşısında xidmətləri, ölkəmizin bir-birini əvəzləyən uğurları onun cəmiyyətdəki mövqeyini daha da möhkəmləndirdiyini və ümumxalq partiyası olduğunu təsdiqlədiyini söyləyib.

RƏFİQƏ

Bütün xəbərlər Facebook səhifəmizdə