Lənkəranda prokurorluq işçilərinin peşə bayramı qeyd olunub

Lənkəranda prokurorluq işçilərinin peşə bayramı qeyd olunub

Lənkəranda prokurorluq işçilərinin peşə bayramı qeyd olunub. SİA-nın cənub bürosunun məlumatına görə, yığıncağı giriş sözü ilə açan Lənkəran Rayon prokuroru Ramiz Nəbiyev prokurorluğun əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edərək bildirib ki, Azərbaycanda prokurorluq orqanlarının yarandığı gündən 92 il ötür.

Ramiz Nəbiyev Azərbaycan müstəqillik qazandıqdan sonra prokurorluq sinfi mənafeləri müdafiə edən orqandan qanunun aliliyini, insan hüquq və azadlıqlarını müdafiə edən, cinəyatkarlığa qaşı mübarizə aparan sivil bir təşkilata çevrildiyini qeyd edib.O, həmçinin əlavə edib ki, Heydər Əliyev prokurorluq orqanlarına həmişə diqqət və qayğı ilə yanaşıb. Onların sosial və maddi vəziyyətinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görüb. Məhz ulu öndər Heydər Əliyevin sərancamı ilə hər il oktyabrın 1-i Respublikamızda prokurorluq işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

Tədbirdə çıxış edən natiqlər prokurorluğun əməkdaşlarını bayram münasibətilə təbrik edərək bildiriblər ki, ölkə başçısı İlham Əliyev də prokurorluq işçilərinin fəaliyyətini daim diqqətdə saxlayır. 2008-ci ildə prokurorluq orqanlarının iş fəaliyyətinin müasirləşdirilməsi barədə qəbul edilmiş dövlət proqramı buna əyani sübutdur. Sonda prokurorluq işçilərinə mükafatlar təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə