Azərbaycanda filiz yataqlarından təbiətə ziyan vurmadan metalların çıxarılma texnologiyası tətbiq olunacaq
Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun alimləri 3 illik tədqiqatlardan sonra belə qənaətə gəliblər ki, ölkənin bəzi filiz yataqlarının istismarında müasir yerində yuyub çıxarma üsulundan istifadə etmək mümkündür. Akademiyanın Geologiya İnstitutunun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, xörək duzu və elektrik gərginliyinin başlıca rol oynadığı bu üsulla faydalı metallar, xüsusən də qızıl qazıntılar aparmadan, təbiətə ziyan vurmadan, asan, xeyli ucuz və tez əldə oluna bilir. Yerində yuyub çıxarma üsulu dünyanın müxtəlif filiz yataqlarında özünü doğrultmuş, lakin Azərbaycandakı yataqlarda indiyəcən tətbiq olunmayıb.
Sözügedən üsulun ölkəmizdə tətbiqi üçün Geologiya İnstitutunda müasir elmi-texniki baza təşkil edilib.
İnstitut bu istiqamətdəki işləri AR Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş "Azərbaycanın filiz yataqlarında təbiətə ziyan vurmadan metalların çıxarılma texnologiyasının tədqiqi, işlənməsi və tətbiqinə dair Tədbirlər Proqramı"na əsasən həyata keçirir. Yeni üsulun Azərbaycanda fəaliyyət göstərən Beynəlxalq Mədən Əməliyyat Şirkəti ilə birgə Gədəbəy və Göygöl rayonlarındakı yataqların üzərində təcrübədən keçirilməsi nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB