Tovuzun Ermənistanla sərhəd kəndlərinin qazlaşdırılması davam edir
Tovuz rayonunun Ermənistanla sərhəd bölgəsində yerləşən kəndlərin qazlaşdırılması işləri davam edir. Bu barədə SİA-nın bölgə müxbirinə Tovuz rayon Qaz İstismarı İdarəsinin rəisi Sahib Əsgərov məlumat verib. Onun sözlərinə görə Ağdam, Vahidli, Əsrik, Ağbulaq, Koxanəbi, Əlibəyli, Yuxarı Mürgülü və Hvacıalı kəndlərinin qazlaşdırılması yekunlaşıb.
Hazırda isə Yuxarı Öysüzlü, Kirən, Qoşa Muncuqlu, Çatax və digər kəndlərin mavi yanacqla təminatı istiqamətində iş aparılır. Bu kəndlərin bəzilərinin bu qış qazla təmin olunması nəzərdə tutulsada bəzi kəndlərə qazın çəkilişi cari ildə də mümkün olmayacaq
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB