Pavlo Klimkin: "Əmtəə dövriyyəsində 66 faiz artım olub"

Pavlo Klimkin: "Əmtəə dövriyyəsində 66 faiz artım olub"

"Cari ilin 9 ayı ərzində Azərbaycanla Ukrayna arasında əmtəə dövriyyəsində ötən ilin analoji dövrü ilə müqayisədə 66 faiz artım qeydə alınıb". SİA-nın məlumatına görə, bunu bu gün Ukraynanın xarici işlər naziri Pavlo Klimkin Bakıda azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdən sonra mətbuat konfransında deyib.

O bildirib ki, bundan başqa Ukrayna tərəfdən Azərbaycan ərazisi ilə yükdaşımalarda 5 dəfə artım qeydə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə