Ermənistanda anti-Rusiya havası ölkəni haraya sürükləyir? ANALITIK

Sirr deyil ki, Ermənistanın indiyə qədər qədər ayaq üstə dayanmasına səbəb bu ölkənin Rusiyanın "for-post"u rolunda olması faktorudur. Daha dəqiq desək, Serj Sarkisyan rejiminin “nəfəs borusunu” əsasən Rusiyanın əlindədir. Lakin son dövrlər, xüsusilə, ötən ilin Aprel müharibəsində Azərbaycanın işğal altındakı torpaqlarının bir hissəsinin azad edilməsindən sonra Rusiyadan növbəti ən müasir stanartlara aid silahlar alması və bu prosesin davamlı şəkildə reallaşdırılması erməni ictimai-siyasi və hərbi dairələrində ciddi narahatlıqlara səbəb olmaqdadır. Əbəs deyil ki, məhz həmin dövrlərdən başlayaraq, Ermənistan cəmiyyətində və mətbuatında anti-Rusiya çağırışları aşırı dərəcədə artıb. İstər hakimiyyətin, istərsə də müxalifətin bir sıra təmsilçiləri dolayısı, ya da şakar şəkildə Rusiyaya qarşı fikirlər səsləndirirlər. Əlbəttə, onsuz da Rusiyadan asılı olan erməni ictimaiyyətinin bənzər səs-küyləri Rusiyaya heç bir qorxu yaratmır. Çünki belə olmasaydı, Şimal ölkəsi hazırda da Ermənistanın siyasi və sosial-iqtisadi həyatına birbaşa müdaxilə etməzdi. Yəni bu, onu göstərir ki, ermənilər nə qədər çığır-bağır salsalar belə, bu Rusiyaya heç bir təsir göstərməyəcək. Əksinə, Rusiya Ermənistana qarşı mövcüd siyasətini daha da sərtləşdirəcək.

Misal üçün, erməni KİV-ləri və hakim rejimə müxalifətdə olan partiyalar Yerevanın Rusiyadan uzaqlaşaraq Qərbyönümlü siyasət yürütməsini və Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxması tələbi ilə çıxış etməkdədirlər. Hətta bir müddət əvvəl Ermənistan parlamentindəki müxalifət fraksiyası olan “YELK” Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxması ilə bağlı parlamentə layihə ilə çıxış etmişdi və bu layihə Ermənistan cəmiyyətində geniş müzakirələrə səbəb olmuşdu. Ekspertlər isə bunu regionda gedən geosiyasi proseslərin intensivləşməsi və Qərb dövlətlərindəki erməni diasporasının Sarkisyan hakimiyyətinə təzyiqi ilə izah edirlər.

Onu da qeyd edək ki, əslində müxalif siyasətçilərin anti-Rusiya mövqeyində durmalarının səbəbi tək bu deyil. Yəni digər amillər də var. Misal üçün, onlar əsasən Kremlin Ermənistanın daxili və xarici siyasətində dominat faktor kimi çıxış etməsinə qarşı çıxırlar. Çünki Ermənistan iqtisadiyyatını formalaşdıran strateji müəssisələrin çoxu Rusiya şirkətlərinin nəzarətləri altındadır.

Eyni zamanda, Ermənistanda yerləşən Rusiyanın hərbi bazası da narahat edən digər səbəblərdən biridir. Burada birdə psixoloji amil var. Belə ki, yerli Ermənistan siyasətçiləri ilə Xankəndindən çıxan erməni siyasiləri arasında barışmaz qarşıdurmanın mövcud olmasıdır. Ermənistan siyasiləri ilə bunların başında Levon-Ter Petrosiyan gəlir ki, onun da Sarkisyan-Köçəryan qruplaşması ilə ziddiyətləri fonunda Rusiya faktoru yenidən gündəmə gətirilir. Beləliklə, sözügedən faktor ölkədaxili çalxanmaları daha da şiddətləndirmiş olur. Baş verənlər isə bir daha sübut edir ki, əgər erməni ictimaiyyəti nə qədər Rusiyada ayrılaraq Qərbə doğru transfer olunmağa çalışsalar, Şimalın məngənəsində daha çox sıxılıb qalacaqlar. Çünki bu siyasətin təməli belə qoyulub və Ermənistanı sürətlə məhvə doğru sürükləməkdədir.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə