"Kataloniyada keçirilən mübahisəli referendumda səs verənlərə qarşı tətbiq edilən amansız polis zorakılığı uzun illər boyu digər ölkələrə və xalqlara tətbiq edilməyə çalışan Qərb demokratiyasının bütün mahiyyətini açdı və gərçək üzünü göstərdi”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Musa Qasımlı deyib.

Onun sözlərinə görə, bu hadisələr bir daha təsdiq etdi ki, uca kürsülərdən söylənilən bəzəkli, gəlişi-gözəl və başgicəlləndirici sözlər riyakarlıqdan başqa bir şey deyil: “Deməli, bu, Qərb demokratik dəyərlərə münasibətdə də “Avropa standartları”ndan deyil, ikili standartlardan çıxış edir. Necə olur ki, digər ölkələrin ərazilərdə baş qaldıran separatçılığı aşkar və gizli formalarda dəstəkləyənlər Kataloniyada referenduma qarşı çıxırlar, səsvermədə iştirak edənlərə qarşı zorakılıq tətbiq edirlər, rezin güllələrə tuturlar, atların döşünə qatıb əzişdirirlər, seçki məntəqələrini bağlayırlar və bütün bu hərəkətlərini “demokratiya” adlandırırlar. Digər ölkələrin ərazilərində belə qanunsuz referendum keçirənlərə, dövlətin ərazisini zorakılıqla, silahlı yollarlarla qan tökərək parçalamağa çalışanlara qarşı qanuni tədbirlər görüləndə isə onu nə üçün anti-demokratik, insan hüquqlarını pozulması kimi qiymətləndirirlər? Məncə, demokratiyadan dərs keçməyə çalışanlar çoxdan cırılmış maskalarını yamamaq üçün əski parçası tapmaqda çətinlik çəkirlər. Qərb rüsvayçılıq girdabındadır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB