Avropa Şurasının üzvləri Lənkəranda bir sıra görüşlər keçirib

Avropa Şurasının üzvləri Lənkəranda bir sıra görüşlər keçirib

Avropa Şurası irqçılık və dözümsüzlük əleyhinə komissiyasının üzvləri Lənkəran rayonunda bir sıra görüşlər keçiriblər. Şəhər İcra Hakimiyyətindən SİA-nın cənub büosuna verilən məlumata görə, komissiyanın üzvləri-Bitalyano Espozito,Gilberto Seviççi və Sara Borton öncə Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimovla görüşüblər.

Daha sonra qonaqlar Lənkəran bələdiyyəsinin, rayonun hüquq-mühafizə orqanlarının rəsmiləri ilə görüşərək rayonda yaşayan etnik qrup və azlıqların həyat və yaşayış şəraiti, hüqüq mühafizə orqanları ilə etnik qruplar arasında qarşılıqlı inam və etimadın olub-olmaması, baş verən cinayətlərdə etnik qrupların faiz nisbəti və bu kimi digər məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.

Qonaqlara bildirilib ki, rayonda bu günə qədər milli azlıq və etnik qruplarla bağlı hər hansı problem yaşanmayıb və bu tərkibdə cinayət işi olmayıb. Qonaqlara rayonda son illərdə qazanılan iqtisadi, mədəni və sosial yeniliklərdən də söz açılıb, rayonun tarixi, bu günü, əsrarəngiz təbiəti barədə məlumat verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə