TÜRKPA Baş katibi rəhbərliyi altında nümayəndə heyəti 3-7 oktyabr 2010-cu il tarixlərində Cenevrəyə səfər edəcəkdir. SİA-nın məlumatına görə, səfərdə məqsəd Beynəlxalq Parlamentlər Birliyinin Parlament Baş katibləri Assosiasiyasının plenar sessiyasında və "Parlamentlər və Vətəndaşlar arasında münasibətlərin inkişaf etdirilməsi" adlı beynəlxalq konfransda iştirakdan ibarətdir.
Həmçinin TÜRKPA Baş katibi Ramil Həsənov "Türkdilli ölkələr və Parlament diplomatiyası" mövzusunda məruzə ilə sessiyada çıxış edəcəkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB