Vətəndaşlar internet vasitəsilə pensiyalarının gəldiyini və hansı bankomatların işləyib işləmədiyini biləcəklər
"Bacardığımız qədər fondumuzun şəffaflığını nümayiş etdirməyə çalışırıq". SİA-nın xəbərinə görə, bu barədə Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslumov jurnalistlərə açıqlamasında belə deyib. Fondun prezidenti yeni saytın hər kəs üçün çox sadə və aydın olduğunu qeyd edib: "İstifadəçilər saytdan istifadə edərkən öz təkliflərini və iradlarını bizə göndərə bilərlər. Biz sayta bu barədə bölmə yerləşdirmişik. Bunun sayəsində şəffaflıq prinsipi uğurlu alınacaq və vətəndaşlarımız istədikləri məlumatlara yiyələnə biləcəklər. Təqdimatda da qeyd etdiyim kimi, fondun haqqında bütün informasiya sayta yerləşdirilib. Kütləvi informasiya vasitələrinin etdiyi təklifi də nəzərə alıb sosial sahədə, əmək müavinətlərinin verilməsi sahəsində, demoqrafik bilgilər sahəsində də bir çox informasiyanı bölmələr şəkilində saytda yerləşdirmək olar. Eyni zamanda vətəndaşları maraqlandıran bütün sualları əks etdirən sual cavab bölməsini də gücləndirmək olar". Daha sonra o bildirib ki, başlıca məqsədimiz hər bir vətəndaşın öz sosial sığortasına və ya müavinətlərinə nəzarət edə bilməsini təmin etməkdir: "Çox güman ki, gələn il hər bir kəs öz kodunu daxil edərək öz sosial müavinəti haqqında məlumatları ala biləcək. İstifadəçi artıq ona verilən müavinətin həqiqətən də iş sahibi tərəfindən bizə təqdim edilən rəqəmlərlə eyni olub-olmadığını artıq özü öyrənə biləcək. Bununla da fondun daxilində aparılan nəzarət ictimai nəzarət də əlavə olunacaq. Onu da qeyd edək ki, bizə bir təklif də olundu. Bu respublika ərazisində yerləşən bütün bankomatların olduğu əraziləri yerləşdirək. Təbii ki bütün banklarla işləmək çox vaxt alacaq bir prosesdir. Bu səbəbdən yalnız Kapitalbank və Beynəlxalq bankın bankomatları ilə başlanılacaq. Vətəndaşımız artıq internet vasitəsi ilə biləcək ki, harda, hansı bankomat çalışır. O cümlədən, çalışacağıq ki, insanlarımız saytımız sayəsində pensiyalarının gəldiyini biləcəklər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB