"Türk ziyalılar"ına qarşı "Lapşin metodu"

"Türk ziyalılar"ına qarşı "Lapşin metodu"

İctimaiyyət "Türk ziyalısı" adlandıran şəxslərin öz ölkələrində ciddi cəzalandıracağına, ya da onların Azərbaycana təhvil verəcəyinə inanır

Bəzi KİV-lərə istinadən məlum olduğu kimi, adlarını ziyalı qoyan, ancaq ziyankarlıq yolu tuymaqla ermən lobbisinin puluna, mənəvi dəstəyinə arxcalanan Türkiyə vətəndaşları Əli Bayramoğlu, Səid Çəkinoğlu, sabiq millət vəkili "Yaşıllar və Sol Gələcək Partiyası"nın rəsmisi Ufuk Uras, yazıçı və aparıcı Erol Katırçıoğlunda ibarət qrup Azərbaycanın işğal altında olan torpaqlarına qeyri-qanuni səfər ediblər. Bununla da, Türkiyə ilə Azərbaycan arasındakı dost, qardaş münasibətlərinə, strateji əlaqlərin ruhuna zidd addımlar atıblar. Özlərini "türk ziyalısı" adlandıran bir qrup şəxsin Dağlıq Qarabağa qanunsuz səfəri, Azərbaycan qanunlarına etinasızlığı, düşmən ölkədə Azərbaycan və Türkiyənin əleyhinə ermənipərəst fikirlər səsləndirməsi Azərbaycan ictimaiyyətində ciddi narazılığa səbəb olub. İstər Türkiyə "FETÖ" qruplaşmasına qarşı mübarizə tədbirləri apararkən, istərsə də 15 iyul - çevrilişə cəhd günü belə Azərbaycanın Türkiyənin mövqeyindən çıxış etməsi, rəsmi Ankaraya dəstəyini birmənalı şəkildə elan etməsini nəzərə alaraq Türkiyə hökuməti və ictimaiyyəti Azərbaycanın bu məsələdə həssaslığını yaxşı başa düşməlidir. Çünki Azərbaycanın ən ağrı-acılı məsələsi olan Dağlıq Qarabağ münaqişəsində Türkiyədən olan bir qrupun Ermənistan tərəfində durması yəqin ki, hec cür bəraət qazandırılacaq bir vəziyyət deyil. Təbii ki, bir qrup Azərbaycanlı ziyalı adekvat addım atsaydı, Türkiyənin də reaksiyası anaoloji olardı.

Müsəlman ölkəsi olmayan Belarus Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşaraq, eyni səhvə yol vermiş Lapşini Azərbaycana təhvil verərək öz dostluğunu göstərdiyi kimi, hal-hazırda Azərbaycan eyni səmimiyyəti hər zaman qardaş saydığımız Türkiyədən gözləyir və Azərbaycan ictimaiyyəti bu məsələ ilə bağlı Türkiyənin ya həmin şəxsləri ciddi cəzalandıracağına, ya da onları Azərbaycana təhvil verəcəyinə inanır.

Əkbər Qoşalı: "Əminəmki qanunsuz səfərlə bağlı qardaş dövlətin hüquq-mühafizə orqanları lazımi hüquqi addımları atacaqlar"

Azərbaycandan icazəsiz Dağlıq Qarabağa və işğal altındakı digər bölgələrə səfər edən türkiyəli ziyalılara qarşı "Lapşin metodu"ndan istifadə edilməli, Azərbaycan sərhədlərini qeyri-qanuni keçdiklərinə görə, həmin şəxslərin hər biri haqqında cinayət işi qaldırılmalıdır. . Onlar üçün "Lapşin nümunəsi" məhkəmə qurulmalı, eyni zamanda Dağlıq Qarabağda Azərbaycan əleyhinə söylədikləri fikirlər cinayət təhqiqatının obyektivinə çevrilməlidir. Bu tədbirlər Türkiyə və Azərbaycan arasındakı sarsılmaz dostluq və qardaşlıq münasibətlərinə qətiyyən xələl gətirə bilməz. Əksinə, iki ölkə arasındakı münasibətlərin zədələnməsinə yönəlmiş provakativ addımları atan şəxslərin cəzalandırılmasına Ankara, Türkiyən dövləti və ictimaiyyəti ürəkdən şad olar. Çünki, bu şəxslərin işğal altındakı Dağlıq Qarabağa qanunsuz səfəri, Azərbaycan qanunlarına və beynəlxalq hüquqa etinasızlığı Türkiyə hökümətinin mövqeyini hər hansı bir formada ifadə də bilməz.

Bizimlə söhbətində Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı türkiyəli "ziyalları"ın işğal altında olan Azərbaycan torpaqlarına səfərini erməni lobbisinin maraqlarına xidmət edən səfər kim qiymətləndirdi: "Qeyd edək ki, istər qardaş Türkiyənin rəsmi orqanlarının, səlahiyyətli şəxslərinin, xalqının, istərsə də Azərbaycan dövlətinin və Azərbaycan xalqının səfərə münasibətləri birmənalıdır. Birmənalılıq da həmin şəxslərin qeyri - qanuni hərəkət etdiyini özündə ehtiva edir. Onların iki qardaş, qonşu, dost ölkə arasındakı münasibətlərin, tarixin, bu günün və gələcəyin, gələcək münasibətlərin ruhuna daban-dabana zidd olan hərəkətlərini qınamaqla bağlıdır. Bilirik ki, həmin üzdəniraq şəxslər nə Türk xalqının, nə Türk ictimai fikrini, nə Türkiyə dövlətinin münasibətini ifadə etmir və 80 milyona yaxın əhalisi olan bir ölkədə əlbəttə hamıdan ən yüksək dəyərləri gözləmək bəlkə də arzuolunandır, amma təəsüf ki, bu reallıqda bəzən özünü göstərmir. Təəssüflər olsun ki, bizim də, qardaş ölkələrin də vətəndaşları arasında da cibində türk pasport daşıyan, ancaq o vətəndaşlığı idrak etməmiş şəxslər var".

Ə.Qoşalı bu cür üzüdönüklüyün bir bir oyun olduğunun bildirdi: "Ermənistanın, onların havadarlarının, Azərbaycanın və Türkiyənin münasibətlərini pozmağa cəhd edən güclərin bir oyunudur. Bundan öncə də buna bənzər hadisələr olmuşdur, gələcəkdə də bəlkə yenə istisna olunmur ki, kimlərsə belə qeyri qanuni səfərlər etsinlər. Ancaq nə gözəl ki, bizim dövlətlərimizin, iki qardaş dövlətin və iki qardaş ölkə vətəndaşlarının münasibətləri bütövlükdə birmənalıdır. Əminəmki qanunsuz səfərlə bağlı qardaş dövlətin hüquq-mühafizə orqanları lazımi hüquqi addımları atacaqlar. Bildiyimə görə, onlar artıq beynəlxalq axtarışa veriliblər. Haqqında əsaslı və ciddi şübhələr olduğuna görə barələrində istintaq tədbirləri, hüquqi addımlar aılmağa başlanılıb və haqq etdikləri cəzanı da alacaqlarına inanıram".

Öz millətinə xəyanət mövqeyi tutmuş bu şəxslərin Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılması ərəfəsində Ermənistana və işğal altında olan Azərbaycan torpaqlarına səfərləri təsadüfi deyil və Azərbaycan dövlətinin bu məsələdə həssaslığı düşünülərək atılan addımdır. Həm də, Kürdüstan kimi gələcəkdə bir çox münaqişələrə zəmin yarada biləcək bir şər ocağının formalaşması ərəfəsində, Türkiyəyə təzyiqlərin artdığı bir durumda, Ufuq Uras, Əli Bayramoğlu, Səid Çəkinoğlu və Erol Katırçıoğlunun Dağlıq Qarabağa qanunsuz daxil olmaları, Türkiyə əleyhinə mövqe sərgiləmələri ümumilikdə türk dünyasına düşmən kəsilmiş qüvvələrin sifarişidir. Bu qüvvələrə qulluq edən xəyanətkarların nəinki ziyalı, hətta onların qeyri-türk əsilli olmasına da şübhə doğurur.

İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə