"Bu maddənin dekriminallaşdırılması məqsədəuyğun deyil" NARAZILIQ
“Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) dekriminallaşdırılması məqsədəuyğun deyil. Azərbaycanın yerləşdiyi coğrafi məkan elədir ki, burada narkotiklərin qeyri-qanuni yolla gətirilməsində tranzit kimi istifadəsində cəhdlər göstərilə bilər”.
SİA-nın məlumatına görə, bunu Azərbaycan Respublikası Baş Prokurorluğunun Hüquqi Təminat İdarəsinin rəisi Natiq Hüseynov Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi və Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstək Şurası ilə birgə təşkilatçılığı ilə keçirilən, Cinayət qanunvericiliyinin humanistləşdirilməsi ilə bağlı Azərbaycan prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamına əsasən hazırlanan “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsinin ictimai dinləməsində çıxışı zamanı deyib.
N.Hüseynovun sözlərinə görə, hazırda məcələnin 234.1-ci maddəsində göstərilən qeydə bildirilir ki, narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını könüllü surətdə təhvil verən və ya narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin açılmasında və ya qarşısının alınmasında, bu əməlləri törətmiş şəxslərin aşkar edilməsində, cinayət yolu ilə əldə edilmiş əmlakın tapılmasında fəal iştirak etmiş şəxs cinayət məsuliyyətindən azad edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB