"Azərbaycana diktə etmək səlahiyyətini Yaqlanda heç kim verməyib" MÖVQE
Aydın Mirzəzadə: "Belə bəyanatlar Azərbaycanla Avropa Şurası arasında soyuq münasibətlərə səbəb ola bilər"
"Əslində, bu, heç də İlqar Məmmədov məsələsi deyil. Bu Azərbaycanın müstəqil xarici, daxili siyasət yürütməsinə qarşı Avropanın müəyyən dairələrinin reaksiyasıdır". Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə Avropa Şurasının Baş Katibi Turbyern Yaqlandın Azərbaycan məhkəməsinin qərarına əsasən məhkum olunmuş "REAL" təşkilatının rəhbəri İlqar Məmmədovu azadlığa buraxılmadığına görə Azərbaycana qarşı misli görünməmiş hüquqi hərəkət edilməsinə çağırmasına mübasibət bildirərkən deyib.
Onun sözlərinə görə, bir müddət əvvəl Azərbaycan Azəri-Günəşli-Çiraqla bağlı yeni müqavilə bağladı və SOCAR-ın orada payı 11%-dən 25%-ə qalxdı: "Azərbaycan bu gün öz valyuta ehtiyatlarından müstəqil surətdə istifadə edir. Bu Avropanın müəyyən dairələrini narahat edir və iqtisadi maraqlarına toxunur. Ermənistanı müdafiə edən müəyyən dairələr Azərbaycanı Ermənistana ərazilərini güzəştə getməməsinə görə cəzalandırmağa çalışırlar. Digər tərəfdən Avropa Məhkəməsi qərar qəbul edib, bu Avropa Məhkəməsi ilə Azərbaycan arasında olan münasibətdir. Yaqland beynəlxalq təşkilatın bir çinovnikidir. Onun vəzifəsi təşkilatın işlərini aparmaqdır. Azərbaycanın üzərində prokurur nəzarəti həyata keçirmək, Azərbaycana diktə etmək kimi səlahiyyətləri heç kim ona verməyib. Ona görə də hesab edirəm ki, belə bəyanatlar Azərbaycanla Avropa Şurası arasında soyuq münasibətlərə səbəb ola bilər. Bunun da məsuliyyətini, ilk növbədə, Yaqland çəkəcək".
İNAM
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB