"Dağlıq Qarabağa səfər edən türk siyasətçilərinə qarşı ciddi tədbir görülməlidir" AÇIQLAMA

"Dağlıq Qarabağa səfər edən türk siyasətçilərinə qarşı ciddi tədbir görülməlidir" AÇIQLAMA

“Ümumiyyətlə, Azərbaycanın rəsmi icazəsi olmadan bir türk hər hansı bir erməni təşkilatının dəvəti ilə Dağlıq Qarabağa səfər edirsə ona ziyalı demək düzgün deyil”. Bu sözləri SİA-ya açıqlamasında QHT sədri Səbuhi Abbasov deyib.

Onun sözlərinə görə, ermənilərin türklərə qarşı patoloji nifrəti Osmanlı dönəmindən başlayıb: “Osmanlı imperiyasında onlara yüksək etimad göstərilsə də hər zaman xəyanət ediblər. Bu gün Türkiyə dünyada ən çox qondarma soyqırımı iddialarından əziyyət çəkən ölkələrdən biridir. Eyni zamanda, dövlətimizə qarşı törətdikləri cinayət və soyqırım göz qabağındadır. Dağlıq Qarabağ münaqişəsi, Xocalı və Ağdaban soyqırımları ermənilər tərəfindən məhz etnik zəmində törədilib. Bütün bunlar türk dünyasına nifrətin bariz nümunəsidir. Belə bir məqamda belə bir addımın atılması, yəni bir türkün işğal olunmuş Azərbaycan torpaqlarına icazəsiz səfəri təbii ki, qınanmalıdır. Dağlıq Qarabağa səfər edən türk ziyalılarına qarşı boykot elan edilməlidir. Onlara ölkəmizə giriş-çıxış qadağan edilməlidir. Bundan başqa yerli media və Türkiyə mediası məsələni gündəmdə saxlamalı, onların bu addımı ciddi şəkildə araşdırılmalıdır. Əks təqdirdə bu proses intensiv xarakter ala bilər. Türkiyə Azərbaycanın strateji tərəfdaşıdır. Biz bir millət, iki dövlətik. Bu addım Ermənilərin növbəti təxribatıdır. Amma belə nüanslar əlaqələrimizi əsla korlaya bilməz”.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə