"İnsan Naminə" siyasi partiyalar blokunun 7 Noyabr 2010-cu il tarixinə təyin edilmiş parlament seçkilərinə irəli sürdüyü namizədlərin əksəriyyəti imzatoplama kampaniyasını başa çatdırıb. Bu məlumatı SİA-ya Vətəndaş və İnkişaf Partiyası (VİP) sədrinin müavini Ramil Hüseynov verib.
VİP-in sədr müavini toplanan imzaların blokun Birləşmiş Seçki Qərargahında yoxlanıldığını diqqətə çatdırıb. O, bir neçə nəfərin topladığı imzaların dairə seçki komissiyalarına təqdim olunmaq üçün hazır olduğunu qeyd edib.
Qeyd edək ki, "İnsan Naminə" siyasi partiyalar blokunda VİP-lə yanaşı Liberal, Azərbaycan Liberal və Azərbaycan Yaşıllar partiyaları, eyni zamanda Azərbaycan Ziyalılar Birliyi təmsil olunur. Blokun vahid namizədlər siyahısında 83 nəfərin adı var. Blokun heç bir namizədi hələlik qeydə alınmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB