“Cənab Prezidentin BMT Assambleyasının 72-ci sesiyasında çıxışı cəsarətli və həqiqəti sevən dövlət başçısının çıxışı idi və sesiya iştirakçıları böyük maraqla bu çıxışı dinlədi. Çıxışda dövlət başçımız torpaqlarımızın hələ də işğal altında saxlanıldığını, cinayətkar terrorist Sarkisyanın rəhbərliyi altında erməni terroristlərin bizə qarşı törədilən və heç bir insanlıq çərçivəsinə sığışmayan qırğınların səhnəsini təsvir etməklə torpaqlarımızda mütəmadi təxribatlar törətməkdə davam etdirdiyini sesiya iştirakçılarının diqqətinə çatdırdı”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.
Onun sözlərinə görə, erməni terroristlərin arxayın öz hərəkətlərinin davam etdirilməsinin arxasında beynəlxalq təşkilatların özlərinin qəbul etdikləri qətnamələrinə hörmətsizlik etdiklərini və 24 ildə BMT Təhlükəsizlik Şurasıının qəbul etdiyi 4 qətnaməsinin, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurasının Parlament Assambleyası və Avropa Parlamenti kimi digər beynəlxalq təşkilatlar oxşar qərar və qətnamələrinin heç birisi bu günə qədər icra olunmadığını auditoriyanın diqqətinə çatdırdı: “Cənab Prezident qeyd etdi ki, necə olur ki, ayrı qətnamələr qəbul olunanda dərhal həyata keçirmək üçün hərəkətə keçirlər, amma Azərbaycanla bağlı qəbul olunmuş qətnamə uzun illərdir icra olunmur və ermənilər cəzasız qalır. Vəziyyətin belə davam etməsinin kökündə ikili standartların dayandığını və baxmayaraq biz sülh danışıqlar yolu ilə münaqişənin tənzimlənməsinin tərəfdarıyıq, əgər vəziyyət belə davam edərsə Azərbaycan öz gücü ilə torpaqlarını işğaldan azad edə biləcəyini də sesiya iştirakçılarının diqqətinə çatdırdı.
Ölkə başçısı həm də ölkəmizin iqtisadi inkişafımızdan danışaraq Azərbaycanın son illərdə qazandığı iqtisadi nailiyyətlərini və keçdiyi yolu haqqında məlumat verməklə dünyada inkişaf edən güclü bir Azərbaycanın olduğunu auditoriyanın diqqətinə çatdırdı.
Sessiyada həm də Ermənistanın terrorçu, uşaq qatili prezidenti Sarkisyan da sərsəm bir çıxış etdi . O öz çıxışında Amerika prezdenti cənab Donald Trampın dediyi "hazırki vəziyyətdə xalqların öz müqəddəratını təyinetməsi adı altında sərhədlərin dəyişdirilməsi yolverilməzdir" fikrinə qarşı çıxdı. Sarkisyan yadında çıxarıb ki, ABŞ böyük gücü olan hegemon ölkədir və onun mövqeyinin əksinə getmək olmaz. Həm də Sarkisyan öz çıxışında işğal etdikləri Azərbaycan torpaqlarında qurduqları qondarma "dövlət"dən danışmaqla özünü gülünc vəziyyətə saldı. Sarkisyan nə danışdığını heç özü də anlamır və bilir ki, günahları böyükdür və gec-tez torpaqlarımızdan çıxmalıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB