"Milli Şura"nın mitinq şousu baş tutmayacaq

"Milli Şura"nın mitinq şousu baş tutmayacaq

Mais Səfərli: "Uğursuz mitinq Əli Kərimli və Cəmil Həsənli üçün növbəti cəhənnəm əzabı olacaq"

Müsahibimiz "Yurddaş" partiyasının sədri Mais Səfərlidir

- Mais bəy, "Milli Şura" deyilən qondarma qurum sentyabrın 23-də mitinq keçirtməyi planlaşdırır. Sizcə, indiki şəraitdə hansısa bir aksiyanın keçirilməsinə zərurət varmı?

- Siyasi nəzəriyyələrə və praktikalara görə, kütləvi aksiyalar, adətən, sosial sifariş olmalıdır. Yəni ictimaiyyətdən gələn bir mesaj olur və siyasi təşkilatlar da, buna uyğun olaraq, aksiyalar keçirirlər. Amma bu gün radikal müxalifət düşərgəsini təmsil edən şəxslərin ölkədə hər hansı bir aksiyalar keçirməsi üçün heç bir siyasi sifariş və heç bir əsas yoxdur. "Milli Şura" deyilən qurumun sentyabrın 23-də mitinq keçirtməyi planlaşdırması həm daxildə, həm də xaricdə olan qüvvələrin diqqətini özlərinə cəlb etmək istəyindən irəli gəlir. Demək olar ki, "Milli Şura" deyilən qurum o qədər zəif bir durumdadır ki, mitiq istəklərini reallaşdıra bilməyəcəklər. Uğusuz mitinq Ə.Kərimli və C.Həsənli üçün növbəti cəhənnəm əzabı olacaq.

- Sizcə, gözlənilmədən mitinq keçirilməsinə qərar verilməsi hansısa maraqlı dairələrin tələbi, göstərişi, yoxsa sifarişi ola bilər?

- Bəli, "Milli Şura"nın gözlənilmədən mitinq keçirmək istəyinə düşməsi hansısa maraqlı dairələrin sifarişi ola bilər. Demək olar ki, hər zaman ölkədə seçkilər keçirilən zaman müxalifət təmsilçiləri bir müddət gündəmdə qalmaq və özlərini reklam etmək üçün aksiyaların keçirməsi istəyinə düşürlər. Bu dəfə keçiriləcək aksiyaların da əvvəlki, uğursuz aksiyalardan heç bir fərqi olmayacaqdır. "Milli Şura" tərəfindən keçirilməsinə cəhd göstəriləcək aksiyaya liderlərin ancaq ailə üzvləri və yaxın qohumları qatılacaqdır. Çünki müxalifətin xalq tərəfindən heç bir siyasi dəstəyi yoxdur. Demək olar ki, xaricdə olan qüvvələr də artıq bunları əvvəlki kimi itirib-axtarmır.

- "Milli Şura"nın təmsilçiləri, AXCP yetkililəri mitinqə gəlməyənlərlər bağlı söyüş qoyublar. Bu cür təfəkkür sahibi olan insanlar demokratik prinsiplərə və vətəndaş cəmiyyəti quruculuğuna nə dərəcədə töhfə verə bilərlər?

- "Milli Şura"nın təmsilçiləri və AXCP yetkililərinin söyüş kampaniyası nəinki siyasi etikaya, heç elementar davranış qaydalarına da sığmır. Hüquqa zidd məsələdir ki, onlar tərəfindən keçirilən mitinqlərə gəlməyənlərə söyüş yağdırırlar. Bir sözlə, bu, Azərbaycan xalqının milli dəyərləri ilə uzlaşmayan məsələdir. Görün, nə günə qalıblar ki, bu addımı atırlar. Amma əslində, onların özləri söyüş hədəfi və ünvanı olmalıdırlar. Demək olar ki, onlar siyasətdən çoxdan getməli idilər. Çünki uğusuz tiplərdir.

- Demək olar ki, Sərdar Cəlaloğlu, İqbal Ağazadə və digər partiya sədrləri bu mitinqlərdə iştirak etməyin əleyhinə olduqlarını bildiriblər. Bu baxımdan, demək olarmı ki, müxalifət düşərgəsində belə "Milli Şura"nın mitinqinə dəstək verilməyəcək?

- "Milli Şura", əslində, nədir? "Milli Şura" elə AXCP-nin adı dəyişdirilmiş bir formasıdır. Demək olar ki, digər partiya sədrləri "Milli Şura"nın keçirdiyi bu mitinqə heç bir dəstək verməyəcəklər. Çünki bu mitinqin keçirilməsinin əleyhinədirlər.

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə