Maksim Şevçenko: “Qlobal oyunçular Cənubi Qafqazın yerləşdiyi şahmat taxtasında yalnız heç-heçə oynayırlar”
"Vaşinqton və yaxud Brüsseldə oturanlar üçün neft kəmərləri daha vacibdir". SİA-nın məlumatına görə, bu sözləri rusiyalı siyasi ekspert Maksim Şevçenko Rusiya və Cənubi Qafqazdan olan jurnalistlərin iştirakı ilə bölgədəki siyasi prosesləri müzakirə edərkən deyib. "RİA-Novosti"nin təşkilatçılığı ilə keçirilən müzakirələrdə ekspert bildirib ki, Vaşinqton və Brüsseldə oturanlar üçün ermənilərin və azərbaycanlıların tökülən qanları o qədər narahatlıq doğurmur.
Siyasi ekspert hesab edir ki, regionun və regionda məskunlaşan əhalinin yerləşdiyi şahmat taxtasında qlobal oyunçular yalnız heç-heçə oynayırlar: "Onların oynadığı oyun sxemi açıq-aydın görünür. Onların çəkdiyi sxemlərdə yalnız neft və qaz kəmərləri var. Onlar üçün maraqlı deyil ki, kimlər öləcək, kimlər sağ qalacaq, kimlərin anası, bacısı göz yaşı tökəcək?".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB