AXCP və "Milli Şura" cütlüyünün yenidən mitinq həvəsinə düşməsi feysbukda yamanca müzakirə obyektinə çevrilib. Məsələ ondadır ki, Əli Kərimli sosial şəbəkədəki zombilərinə belə bir tapşırıq verib ki, aksiyaya adam cəlb etmək üçün söyüşlər qoyulsun. Bunlar da eləmə təmbəllik, "mitinqə gəlməyən peysərdir" (?!-R.) şüarını ortaya ataraq, ictimai rəyə qarşı aşkar tərbiyəsizliyə və həqarətlərə yol veriblər. Demək, belə çıxır ki, kimsə bunların mitinqlərinə getməyəcəksə, həmin söyüş bilavasitə həmin şəxslərə aid ediləcək. Əslində, burada Əli Kərimli "ştrixlərinin" olması şübhəsizdir. Çünki bu "adamın" əli istədiyinə şatmayanda çıxış yolunu söyüş söyməkdə və söydürməkdə görür. Hələ AXCP sıralarında anti-elçibəyçi "yurd" qruplaşmasını formalaşdırarkən Əli Kərimli əlinə keçirdiyi mətbu orqanlarda liderinə qarşı ən iyrənc kampaniyalar aparırdı ki, buna da səbəb partiya rəhbərliyini ələ keçirmək idi…
"Peysər" nədir?
İndi bu "adamın" keçirmək istədiyi mitinqinə qatılmayanları, yaxud da qatılmaq istəməyənləri bəri başdan "peysər" adlandırmasından təəccübləniləsi də heç nə yoxdur. Belə də ki, əgər nəzərə alarsaq, bu günə qədər AXCP və "Milli Şura" sıralarını tərk edənlər bilavasitə Əli Kərimli barədə hansı ifadələri səsləndiriblər və Əli Kərimli də həmin ifadələri həzm edib, bu zaman "peysər" ifadəsinin daha çox onun özünə yaraşdığını deyə bilərik.
Yeri gəlmişkən, "peysər" sözü tibbi nöqteyi nəzərdən, eləcə də rəsmi olaraq pis söz deyil. Yəni "peysər" bir insanın bədən quruluşunun tərkib hissəsidir. Daha dəqiqi isə insanların boyun ardına el arasında "peysər" deyirlər. Sadəcə, milli leksikonumuzda bu adın pis tərəfi çıxıb. Kim ki, söz götürür, elədiyi səhv hərəkəti görməzlikdən gəlir, eyni zamanda kimsə kimi isə acı sözlə acılayır və söz deyilən adam da həmn sözü udursa, ona dərhal "peysər" damğası yapışdırılır.
"Peysərləri" çox, yerləri də geniş…
İndi, Kərimli də öz zombilərinə bərk-bərk tapşırıq verib ki, aksiayaya adam cəlb etməkdən ötrü həmin variantdan istifadə etsinlər. Amma, istər Əli Kərimli, istərsə də onun ətrafındakı müavinləri və zombi dəstələri özləri də bilmədən "peysərlərin" ta yekəsinə çevriliblər. Vaxtilə "yurd" şefinin yanında olmuş, sonradan nə qədər səhv yollda olduqlarını anladıqdan sonra dabanlaına tüpürüb AXCP-dən uzaqlaşmış insanlar, həmçinin, ona antipatiya hissləri olan adamlar həmin "peysər" ifadəsinə görə Əli Kərimlini beşqat ağır ifadələrlə "yağlamaqdadırlar". Çünki onlar bilirlər ki, "Milli Şura"nın aksiyasına qatılmayacaqlar. Ona görə də AXCP sədrindən fərqli olaraq, onun mitinqə qatılmayacaq adamlara qarşı həqarətlərinə birə-beş cavab verirlər. Əli Kərimli isə həmin həqarətləri necə deyərlər, atır "peysərinə". Nə qədər də olmasa, buna alışıqdır. Hətta Əli Kərimlinin "peysəri" son 24-25 ildə o qədər ağır ifadələr götürüb ki, artıq həmin ifadələr "peysərdən" alına-sifətinə transfer olunur. Uzağı, yanında kuklalıq edən Cəmil Həsənli də Əli Kərimliyə ağır gəlməsin deyə, həmin ifadələrdən öz boynu ardına götürür. Bunlara nə var ki, "peysərləri" çox, yerləri də geniş…
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB