Azərbaycan Prezidenti bir sıra dövlət qulluqçularının aylıq vəzifə maaşlarını artırıb

Prezident İlham Əliyev bir sıra dövlət qulluqçularının aylıq vəzifə (tarif) maaşlarını artırılması haqqında sərəncamlar imzalayıb. SİA-nın məlumatına görə, sərəncamlara əsasən, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin və Tibb Baş İdarəsinin dövlət büdcəsindən maliyyələşdirilən qurumlarının hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə, onların aylıq vəzifə (tarif) maaşları 2010-cu il sentyabrın 1-dən orta hesabla 10 faiz artırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...