Azərbaycan Prezidentinin Özbəkistana rəsmi səfəri başa çatıb

Sentyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasına rəsmi səfəri başa çatıb. SİA-nın məlumatına görə, Azərbaycanın və Özbəkistanın dövlət bayraqları ilə bəzədilmiş "Daşkənd-2" hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Hava limanında Prezident İlham Əliyevi Özbəkistanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola salıblar.

 

Həmin gün Prezident İlham Əliyev Vətənə qayıdıb.

Heydər Əliyev Beynəlxalq Aeroportunda dövlətimizin başçısını Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşılayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə