Çexiya rəsmisi: “Çox sevindirici haldır ki, Azərbaycanda seçkilər azad şəkildə keçirilir”
Bu gün Çexiya nümayəndə heyəti Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələkbərovla görüşüb. Görüş zamanı çıxış edən Valeh Ələkbərov iştirakçıları salamlayaraq bildirib ki, bu komitədən öncə digər komitələrlə artıq görüşlər keçirilib və bir çox fikir mübadilələri aparılıb. O əmin olduğunu bildirib ki, bu görüşlər gələcək münasibətlərin təkmilləşməsində mühüm əhəmiyyətlər kəsb edəcək. Daha sonra Valeh Ələkbərov özü haqqında məlumat verərək qeyd edib ki, o, təşkilatla yanaşı, Parlamentin vitse-spikeridir. V.Ələkbərov vurğulayıb ki, heç bir partiyanı təmsil etmir. Daha sonra o seçki sistemi mövzusuna toxunub və bildirib ki, Azərbaycan da elə seçki sistemi qurulub ki, artıq hər bir kəs öz namizədliyini irəli sürə bilər. Vitse-spikerin sözlərinə görə, Azərbaycan da hər bir namizədə azad şəkildə yardım göstərilir.
Daha sonra Valeh Ələkbərov komitənin fəaliyyəti haqqında məlumat verib. O bildirib ki, komitədə bütün bu təbii ehtiyatlar, o cümlədən ekologiya ilə bağlı bütün qanunvericilik fəaliyyətləri həyata keçirilir. Onun sözlərinə görə, komitədə xarici neft şirkətləri ilə bağlanılan bütün müqavilələr bu komitəyə gəlir və daha sonra komitə həmin müqavilələrin ratifikasiya olunmaları üçün Milli Məclisə təqdim edir.
Ardınca qonaq çıxış edərək ilk öncə Valeh Ələkbərova təşəkkür edib və bildirib ki, Azərbaycan haqqında məlumat toplamaq çox maraqlıdır: "Ümumiyyətlə, Çexiya Respublikası Avropa Birliyinə daxil olmayan ölkələr haqqında biliklər toplama can atır. Çexiya üçün çox maraqlıdır ki, həmin ölkələrdə vəziyyət necədir. Mən belə düşünürəm ki, sizin hər hansısa bir partiyaya bağlı olmamanız sizin işinizi daha da asanlaşdırır. Amma buna baxmayaraq müstəqil olaraq fəaliyyət göstərmək çox məsuliyyətli bir işdir". O bildirdi ki, Çexiyada da seçkilər Azərbaycandakı kimi keçirilir. "Lakin bizdə fərqli olaraq partiyaya üzv nümayəndələr daha çox müstəqil fikir sürməyə malikdirlər. Çox sevindirici haldır ki, məhz Azərbaycanda seçkilər azad şəkildə keçirilir. Buna səbəb Azərbaycanda müstəqil və digər partiyaları təmsil edən deputatların olmasıdır",-deyə çexiya nümayəndə heyətinin sədri əlavə edib.
Sonda tədbir müzakirələr əsasında davam etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB