Müdafiə naziri Milli Qəhrəman Albert Aqarunovun qardaşı ilə görüşüb
İsrailə rəsmi səfəri çərçivəsində müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkədə yaşayan Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun qardaşı Rantik Aqarunovla görüşüb. SİA-nın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, görüş zamanı ölkəmizin ərazi bütövlüyü və torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi yad edilib, o cümlədən A.Aqarunovun həyat yolu, döyüşlərdə iştirakı bir daha xatırlanıb.
Bildirilib ki, ölkəmizdə yaşayan digər xalqların nümayəndələri kimi yəhudi əsilli bu qəhrəman da Azərbaycanı daim vətəni bilmiş, torpağı uğrunda döyüşmüş, canını onun müstəqilliyi və suverenliyi uğrunda fəda etmişdir. R.Aqarunov qardaşının xatirəsinə göstərilən yüksək diqqət və qayğıya görə ailəsi adından Azərbaycan dövlətinə minnətdarlığını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB