Çexiya rəsmiləri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri ilə görüşüblər
Ötən gün ölkəmizə səfərə gələn Çexiya Respublikası Senatının Avropa Birliyi məsələləri komitəsinin sədri Ludik Şefçikinin başçılıq etdiyi nümayəndə heyəti bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynovla görüşüblər. SİA-nın məlumatına görə, ilk növbədə qonaqları salamlayan komitə sədri bildirib ki, komitənin hər bir üzvü bir çox beynəlxalq təşkilatlarda təmsil olunurlar. Komitə sədri vurğulayıb ki, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iştirakı ilə Avropa Birliyindən öhdəliyə götürülən qanunvericilik işlər yerinə yetirilib.
Ə. Hüseynov qeyd edib ki, hazırda Azərbaycan öz qanunvericiliyini Şərq Tərəfdaşlığı çərçivəsində Avropa qanunvericiliyinə uyğunlaşdırmaq üçün mühüm işlər görür.
"Çexiya 2001-ci ildən Avropa Birliyinə üzvdür. Bu baxımdan da bizim üçün sizin təcrübəniz çox maraqlı olar. Bu istiqamətdə sizinlə görüşümüz çox əhəmiyyətlidir",- deyə komitə sədri əlavə edib.
Daha sonra söz alan qonaq səmimi qarşılanmaya görə komitə sədrinə təşəkkürünü bildirib. O söyləyib ki, səfərin əsas məqsədi Azərbaycan ilə Çexiya arasında münasibətləri daha da möhkəmləndirməkdir. İki ölkə arasında olan münasibətlərin yüksək təbliğatı ilə məşğul olduqlarını deyən L. Şefçikin Azərbaycan ilə Çexiya arasında olan əlaqələrin vacibliyini dilə gətirib. O bildirib ki, Çexiya Şərq ölkələrindən olan leqal və qeyri-leqal miqrantlara malikdir.
"Sizin komitənin işini yüksək qiymətləndirirəm. Hüquq siyasəti və dövlət quruculuğu mühüm bir sahə olduğuna görə fəaliyyətiniz böyük əhəmiyyətə malikdir. Bizim komitə də qanunvericilik istiqamətində fəaliyyət göstərən bir komitədir. Komitəmiz qanunvericilik işlərində fəallıq nümayiş etdirdiyinə görə 40 komitə arasında 2-4-cü yerdədir. Hazırda işlərimiz aktiv gedir",- deyə qonaq bildirib.
Qeyd edək ki, görüşdə komitənin üzvləri Azay Quliyev, Qüdrət Həsənquliyev, Rövşən Rzayev və digərləri iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB