“Neft kimyası və neft emalı problemlərinin həllində kataliz” mövzusunda simpozium öz işinə başlayıb

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində "Neft kimyası və neft emalı problemlərinin həllində kataliz" mövzusunda Azərbaycan-Rusiya beynəlxalq simpoziumu öz işinə başlayıb. SİA-nın məlumatına görə, simpozium AMEA, Rusiya Elmlər Akademiyasının (REA) Sibir Bölməsi (SB), AMEA-nın Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu (NKPİ), REA SB-nin Kataliz İnstitutu və AMEA Kimya Elmləri Bölməsinin birgə təşkilatçılığı ilə keçirilib.

Məlumat üçün bildirək ki, simpoziumda Azərbaycan və Rusiya alimləri ilə yanaşı Almaniya, Böyük Britaniya, Səudiyyə Ərəbistanı, İran və digər ölkələrdən dəvət olunmuş görkəmli alimlər də məruzələrlə çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə