İran prezidenti Həsən Ruhani oktyabrda Azərbaycana səfər edəcək. APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə Həsən Ruhani dünən axşam Tehranda Qazağıstan səfərinin nəticələri ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib. H.Ruhani Astanda Azərbaycanlı həmkarı İlham Əliyevlə görüşdüyünü deyib: “Görüşdə Azərbaycan prezidentinin rəsmi dəvəti ilə gələn ay Bakıya baş tutacaq səfərim, daha sonra isə İran, Azərbaycan və Rusiya prezidentlərinin Tehranda keçiriləcək zirvə toplantısı haqqında danışıqlar apardıq”. H.Ruhani əlavə edib ki, Astanada keçirdiyi görüşlərdə həmçinin 2017-2018-ci illərdə neft qiymətləri ilə bağlı danışıqlar aparıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB