ATƏT PA sədrinin səfər proqramı

Sentyabrın 7-də Azərbaycana səfərə gələn ATƏT-in Parlament Assambleyasının (PA) sədri Kristin Muttonen səfər proqramı açıqlanıb. Milli Məclisdən SİA-ya verilən məlumata görə, K.Muttonen Milli Məclisdə Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyəti, Milli Məclisin sədri Oqtay Əsədov ilə görüşəcək.

Görüşdə Azərbaycan və ATƏT PA arasında əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər müzakirə ediləcək.

K.Muttonenin digər dövlət qurumları ilə də görüşləri nəzərdə tutulub. ATƏT PA sədrinin Azərbaycana səfəri sentyabrın 10-a qədər davam edəcək.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə