Dövlət təşkilatlarının büdcədənkənar vəsaitləri ilə bağlı dəyişiklik
Nazirlər Kabineti "Azərbaycan Respublikasının Dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların büdcədənkənar vəsaitləri haqqında Əsasnamə"yə dəyişiklik edib. SİA-nın məlumatına görə, əsasnaməyə əsasən, ilin sonuna bütün xəzinə hesablarının qalıqları dövlət büdcəsinin vahid xəzinə hesabına köçürülür.
Əsasnamənin indiyə qədər olan variantında bu məsələ ilə bağlı məqsədli təyinatlı maliyyələşmələr istisnalıq təşkil edirdi.
Belə ki, əsasnamənin həmin variantına görə, ilin sonuna bütün xəzinə hesablarının qalıqları dövlət büdcəsinin vahid xəzinə hesabına (məqsədli təyinatlı maliyyələşmələr istisna olmaqla) köçürülürdü və həmin vəsait növbəti ilin aidiyyəti büdcə xərclərinin ödənilməsinə və dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsinə yönəldilə bilərdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB