Millət vəkili: "Azərbaycan bütün dövlətlərlə qarşılıqlı maraqlara əsaslanan əlaqələr qurur"
Azərbaycan dövlətinə, Prezidentə və onun ailə üzvlərinə qarşı qarayaxma kompaniyasının əsas məqsədi ölkəmizin artan nüfuzunun qarşısını almaqdır. Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, millət vəkili Aydın Hüseynov deyib.
Deputat bildirib ki, Azərbaycan müstəqil siyasət yeridir, öz maraqlarını qorumaqla bərabər beynəlxalq prinsiplərə hörmətlə yanaşır, bütün dövlət və qurumlarla qarşılıqlı maraqlara əsaslanan bərabər hüquqlu əlaqələr qurur: "Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünyada hər sözünün arxasında dayanan etibarlı bir tərəfdaş kimi tanınır. Bütün bunlar ölkəmizin beynəxalq səviyyədə nüfuzunun artması ilə bərabar Azərbaycana rəğbət bəsləyən insanların sayını da artırır. Onların sıralarında nüfuzlu ictimai-siyasi xadimlər, dövlət rəsmiləri, müxtəlif mötəbər qurumlarda təmsil olunan səlahiyyət sahibi, yaxud səs hüququ olan insanlar da var. "The Organized Crime and Corruption Reportin Projekt" adlı qurmun "araşdırması" Azərbaycan yönəlmiş böhtan olmaqla bərabər, həm də bu cür insanlara bir iftiradıdır. Bu qarayaxma kampaniyasının sifarişçiləri eyni zamanda gələcəkdə Azərbaycanla bağlı hər hansı bir məsələdə müsbət bir qərarın çıxarılmasının qarşısını almaq istəyirlər. Yəni elə bir vəziyyət yaratmağa çalışırlar ki, hər hansı bir məsələdə Azərbaycanın lehinə səs vermək istəyən adamlar gələcəkdə bu cür ittihamlarla üzləşəcəyini nəzərə alıb çəkinsinlər".
A.Hüseynov maraqlı bir məqama da toxunub: "Əslində bu iftiranın hədəfi Azərbaycan göstərilsə də, müxtəlif ölkələrin, mötəbər qurumların obyektiv fəaliyyəti də şübhə altına alınır. Amma kampaniya o qədər qərəzli və məqsədyönlü qurulub ki, sifarişi yerinə yetirən mətbu orqanlar məsələnin bu tərəfinə ümumiyyətlə toxunmur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB