Prezident İlham Əliyev Gyorge İvanovu təbrik edib

Prezident İlham Əliyev Gyorge İvanovu təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Makedoniya Respublikasının Prezidenti Zati-aliləri cənab Gyorge İvanova təbrik məktubu göndərib. Məktubda deyilir:

Makedoniya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Azərbaycan-Makedoniya əlaqələrinin hazırkı səviyyəsi məmnunluq doğurur. Ümidvaram ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Makedoniya xalqına sülh və rifah arzulayıram.

Bütün xəbərlər Facebook səhifəmizdə