Cənubi Qafqazda güc balansı dəyişir ANALİTİK

Cənubi Qafqazda güc balansı dəyişir ANALİTİK

Bakı sammitinin gələcək prespektivləri nələrdən xəbər verir?

Məlum olduğu kimi Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan Xarici İşlər nazirlərinin üç tərəfli görüşü keçirilib. XİN rəhbərlərinin zirvə toplantısında ən önəmli məqam 2017-2019 cu illər üçün ortaq hərəkət planının imzalanmasıdır.

Bəyannamənin Cənubi Qafqazda siyasi prosseslərə mühüm təsirə malik olacağını indidən proqnozlaşdırmaq olar. Xüsusən üç ölkə arasında hərbi sahədə əməkdaşlığın genişləndirilməsi regiondakı güc balansını nəzərə çaracaq dərəcədə dəyişəcək. Türkiyə, Azərbaycan və Gürcüstan arasında razılaşdırılan birgə hərbi əməkdaşlıq ilk olaraq adıçəkilən dövlətlər üçün həytı əhəmiyyət kəsb edən neft və qaz kəmərlərinin təhlükəsizliyi baxımından proritet əhəmiyyət daşıyır. Dolayısı ilə Bakı-Ankara-Tiflis hərbi-siyasi birliyi Avropa ölkələrinin neft və qaz təlabatını da təhlükəsiz şəkildə qorumağa imkan verir. Xüsusən Rusiyanın aqresivləşdiyi bir dönəmdə Azərbaycan, Türkiyə və Gürcüsanın hərbi potensialı enerji sektorunun təhlükəsizliyinin təmin edilməsi istiqamətində başlıca faktor olacaq. Başqa sözlə desək üç ölkənin hərbi sahədə birgə hərəkət etməsi Moskvanın mümkün hərbi müdaxiləsini neytrallaşdıra biləcək.

Ümumiyyətlə, Azərbaycan-Türkiyə-Gürcüstan birgə əməkdaşlığı Cənubi Qafqazın daha stabil regiona çevirlməsi deməkdir. Bakı sammiti Ermənistan üçün də mesajdır. Hər bir halda İrəvanın getdikcə təcrid olunması erməni cəmiyyətinə yaxşı heç nə vəd etmir. Üçtərəfli münasibətlərin yüksələn xətt üzrə inkişafı sonuncunun, yəni Ermənistanın tam mənada iqtisadi uçuruma yuvarlayır ki, yaxın 20 il ərzində də İrəvanın iqtisadi məngənədən qurtulması sadəcə, mümkünsüzdür. Daxili resurları tükənən bir dövlətin kənardan gələn iyanələrlə yaşaya bilməsi də sadəcə, vaxt məsələsidir. Bu baxımdan Bakı samitinin nəticəsi İrəvanda da narahatlıqla gözlənilir.

Çoğrafi baxımdan biri-birinə qonşu olan, bütün məsələlərdə ortaq nöqtədə birləşən Azərbaycan, Türkiyə və Gürcüstan münasibətləri son nəticədə işğalçının məhvinə gətirir. Daha da açıq desək Bakı bəyannaməsi İrəvana ölüm hökmünün verilməsi deməkdir. Müstəqil erməni siyasiləri də bu təhlükənin fərqindədir. Ermənistan Rusiyanın "for-post"una çevrildikcə iqtisadi məngənədə boğulmağa sadəcə məhkumdur. Axı Sarkisyan rejiminin tək Azərbaycana qarşı ərazi iddiaları yoxdur. Ermənistan Gürcüstan da daxil olamqla Türkiyəyə də illərdir ərazi iddiaları ilə çıxış edir. Zaman gösrtərdi ki, Dağlıq Qarabağın işğalı Ermənistanın bütövlükdə müstəqilliyinin itirilməsinə gətirib çıxardı. İşğalçı ölkənin Russiyadan ildən ilə surətlə artan asıllığı İrəvanın suverenliyini əlindən aldı. Ermənistan bütün iri layihələrdən kənarlaşdırıldı, tranzit ölkə kimi qazanıla biləcək milyardalardan məhrum edidi. Ən əsası Köçəryan Sarkisyan hakimiyyəti erməniləri sadəcə olaraq Moskvanın köləsi vəziyyətinə gətirdi. Üstəlik Ermənistan Dağlıq Qarabağda qələbədən də danışa bilmir. Əksinə bu gün iqtisadi baxımdan qüdrətli dövlətə çevrilən Azərbaycandan qorunmaq üçün bütün imkanarını səfərbər etməklə çabalamağa davam edir. Sadalanlar məhz İrəvanın qeyri-konsrtruktiv siyasətinin, eləcə də Kremlə arxalanma baxışlarının yaratdığı nəticələrdir.

Amma Ermənistanın cinayətkar hakimiyyəti bir faktı unudur. İqtisadi güc olmadan istəniən müharibədə zəfər əldə etmək mümkün deyil. Dövlət kimi bütün hüquqlarını itirən Ermənistanın getdikcə bataqlığa yuvarlanması münaqişənin hərbi müstəvidə belə işğalçını məğlubiyyətə məhkum edib. Bu güm “müttəfiqləri” İrəvanın acı sonluğunu seyr etməkdədir.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə