122 saylı Xankəndi Seçki Dairəsinin ekspert komissiyası vaxtından əvvəl təşviqat kampaniyası apardığına görə namizədliyini irəli sürmüş İntiqam Zeynalova xəbərdarlıq edib. Ekspert komissiyasından SİA-ya verilən xəbərə görə, xəbərdarlıq etməkdə əsas məqsəd həmin dairədən namizədliyini irəli sürən generalın vaxtından əvvəl təşviqat kampaniyasına qoşulmasıdır. Belə ki, İ.Zeynalov platforması ilə bağlı yazıları redaksiyaların birində çap etdirərək tədbirlərdə çəkdirdiyi şəkilləri, fəaliyyəti və görəcəyi işlərdən ibarət materialları ilə birlikdə məntəqlərə yayıb.
"Bilirsiniz ki, təlimata görə oktyabr ayının 15-ə qədər heç kimin təbliğat işi ilə məşğul olmağa ixtiyarı yoxdur. Lakin idarəyə gələn teleqram, şəxsi ərizələr əsasında İ.Zeynalovun vaxtından əvvəl təşviqat kampaniyasına başladığı məlum olub. Seçki məntəqələrinə şəkli yapşdırılır, görəcəyi işlər barədə məlumatlar yayılır. Dairə Seçki Komissiyasının məsul şəxsləri namizədin özü ilə əlaqə saxlasa da, o bildirib ki, bunun kim tərəfindən edildiyi barədə məlumatı yoxdur. Buna baxmayaraq mövcud seçki qanununa uyğun olaraq İ.Zeynalovun namizədliyi ləğv olunub", - deyə komissiyadan bildiriblər..
Qeyd edək ki, hazırda 122 saylı Xankəndi Seçki Dairəsindən 16 şəxs öz namizədliyini irəli sürüb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB