“OCCRP hazırladığı hesabat qeyri-peşəkar və qeyri-ciddidir” AÇIQLAMA

“OCCRP hazırladığı hesabat qeyri-peşəkar və qeyri-ciddidir” AÇIQLAMA

“The Organized Crime and Corruption Reporting Project” (OCCRP) təşkilatının hazırladığı “hesabat” qeyri-peşəkar və qərəzlidir. Bunu qurumun rəsmi facebook səhifəsinə daxil olanda görmək mümkündür". Bu sözləri SİA-ya açıqlamasında QHT sədri, internet-media eksperti Səbuhi Abbasov deyib.

Onun sözlərinə görə, adını beynəlxalq, demokratik təsisat kimi təqdim edən təşkilat rəsmi səhifəsində ana fotonu, son bir neçə günlük fəaliyyətini tamamilə Azərbaycana həsr edib: "Bu bilavasitə beynəlxalq səviyyədə reketçilik fəaliyyətidir. Burada açıq şəkildə iki məqamı görmək mümkündür: 1-ci məqam qurumun idarəçiliyində ermənilərin olması və erməni lobbisi tərəfindən maliyyələşmə, 2-ci məqam isə beynəlxalq reketçilik fəaliyyəti. Görünən odur ki, bu təşkilat 2 faktorun “gücündən” istifadə edərək ölkəmizin beynəlxalq aləmdəki imicinə ciddi şəkildə xələl gətirmək niyyətində olublar.

Ancaq bugün dünya uydurmalarla deyil, reallıqlarla hesablaşır. Prezident İlham Əliyev nəinki regionda, bütün dünyada ilk sıralarda qərarlaşan peşəkar siyasətçilərdəndir. Dünyanın bir sıra siyasi gərginliklərinin çözülməsində ölkə başçısı İlham Əliyevin siyasi nüfuzundan tez-tez istifadə olunur. Bundan başqa ölkəmizdə aparılan iqtisadi islahatlar, tarazlaşdırılmış siyasi manevrlər erməni lobbisini ciddi şəkildə təşvişə salıb. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində birincinin işğalçılıq siyasəti bu ölkəni tamamilə məhvə sürükləyib. Ermənistan dövrünün ən acınacaqlı günlərini yaşayır: iqtisadi blokada, siyasi gərginlik, demoqrafik böhran, mədəni çöküş bu ölkəni uçuruma aparır. Ermənilərin bugün əllərində olan yeganə güc lobbilərinin informasiya alətidir. Lobbi təşkilatları əllərində olan mövcud maliyyə imkanlarından istifadə edərək Avropada, ABŞ-da olan bütün “əldəqayırma”,satılmış təşkilatlara ölkəmizlə bağlı qərəzli sifarişlər verirlər. Hesab edirəm sifarişlərdə əsas hədəf kimi ölkə başçısı və onun ailəsinin göstərilməsi təsadüfi deyil. Məsələ burasındadır ki, 1-ci Vitse-prezident Mehriban Əliyevanın son bir neçə ayda həyata keçirdiyi islahatlar dünyada baş verən yeniliklərə adekvat şəkildə həyata keçirilir. Görünən odur ki, bu siyasətin ölkəmizi hansı uğurlara aparacağını erməni lobbisi çox gözəl dərk edib. Lakin əvvəlkindən fərqli olaraq öz qəzəblərini, kinlərini hesabata töküblər. Məhz buna görə hesabat qeyri-peşəkar və yumşaq desək dünya üçün qeyri-ciddidir”

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə